"Son zəng"də "avtoş"luq edən saxlanıldı -  FOTO
23 iyun 2022 14:56 (UTC +04:00)

"Son zəng"də "avtoş"luq edən saxlanıldı - FOTO

Toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Arzuman Nağdəliyev  “VAZ” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlərlə qəza törədib və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkələrdə “Son zəng” tədbirində “VAZ” markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü saxlanılıb. Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Hazırda sonuncu görüntülərdəki digər avtomobil sahiblərinin kimliklərinin müəyyən edilməsi istiqamətin araşdırmalar davam etdirilir.

# 2262
avatar

Mehman Nəbiyev

Oxşar yazılar