Spirtli içki mağazasına hücum:  sərxoş yenot tualetdə huşsuz vəziyyətdə  tapıldı
03 dekabr 2025 19:59 (UTC +04:00)

Spirtli içki mağazasına hücum: sərxoş yenot tualetdə huşsuz vəziyyətdə tapıldı

0

Bir yenot içki mağazasına girib, rəfləri aşırıb və vanna otağında huşunu itirib.

ABŞ-ın Virciniya ştatında heyvanlara nəzarət işçiləri qeyri-adi bir zəng alıblar: içki mağazasında rəflərdəki məhsullardan daddıqdan sonra huşsuz bir yenot tapılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, polis əməkdaşları gələndə heyvanı mağazanın tualetində tapıblar.

Bundan əvvəl yenotun bəzi malları aşırıb spirtli içki şüşələrinə çatdığı bildirilib. Heyvanı qəbul edən Hanover şəhər sığınacağı, polis məmurunun "çox sərxoş yenotu" təhlükəsiz şəkildə saxlayıb onu çıxarmaq üçün gətirdiyini qeyd edib.

Енот разгромил магазин. Фото: Защита животных округа Гановер

Bir neçə saatlıq yuxudan sonra heyvan özünə gəlib və baş ağrısına bənzər bəzi əlamətlər istisna olmaqla, heç bir paxmel əlaməti göstərməyib. Yenotun təbiətə buraxılması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar