Sumqayıtda avtobusla minik maşını toqquşdu
17 iyul 2026 21:04 (UTC +04:00)

Sumqayıtda avtobusla minik maşını toqquşdu

0

Sumqayıt şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Lent.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin bölmə rəisi Elvin Hacıyev məlumat verib.

Qəza bu gün saat 20:00 radələrində şəhərin Üzeyir Hacıbəyov və Çerkassi küçələrinin kəsişməsində baş verib.

Məlumata görə, Nəsib Əlişanovun idarə etdiyi 50 AB 356 dövlət qeydiyyat nişanlı avtobusla İlhamə Kazımovanın idarə etdiyi 50 FG 480 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Selcan Zaurqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar