Sumqayıtda hamamda   keçmiş məhkumun meyiti tapıldı
19 noyabr 2025 12:51 (UTC +04:00)

Sumqayıtda hamamda keçmiş məhkumun meyiti tapıldı

0

Sumqayıtda keçmiş məhkumun meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə 10-cu mikrorayon ərazisində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

47 yaşlı Ramil Tacəddin oğlu Quliyev yaşadığı evin hamam otağında ölü halda tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar