Sumqayıtda qadının bankdakı pulu  oğurlandı
23 sentyabr 2023 14:15 (UTC +04:00)

Sumqayıtda qadının bankdakı pulu oğurlandı

Sumqayıtda bank hesabından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər sakini olan bir qadının bank kartından hesabındakı 500 manat və bir həyətdən məişət əşyası oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt sakini Ş.Nəzərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 9786
avatar

Oxşar yazılar