Tanınmış teleaparıcı hava limanında SAXLANILDI  - FOTO
02 fevral 2023 15:16 (UTC +04:00)

Tanınmış teleaparıcı hava limanında SAXLANILDI - FOTO

Türkiyəli məşhur teleaparıcı Metin Uca İstanbul Hava limanında saxlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, teleaparıcı Ankaraya getmək üçün İstanbul Hava limanına gəlib.

Bilet və şəxsiyyət vəsiqəsi yoxlamaları zamanı Metin Uca barəsində axtarış qərarı olduğu müəyyən edilib. Metin Uca polis tərəfindən saxlanılıb.

Onun müvafiq prosedurlardan sonra ədliyyə orqanlarına təhvil veriləcəyi bildirilir.

Qeyd edək ki, onun hansı səbəbdən axtarışda olduğu hələlik məlum deyil. 

# 3342
avatar

Fidan İlqar

Oxşar yazılar