Təyyarə okeanın üzərində quşla toqquşdu, 324 nəfər... -FOTO
29 may 2023 00:26 (UTC +04:00)

Təyyarə okeanın üzərində quşla toqquşdu, 324 nəfər...-FOTO

“Air France” şirkətinin Tokio-Paris reysi ilə uçan “Airbus A350” tipli təyyarəsi startdan 356 dəqiqə sonra Tokio aeroportuna qayıdıb. 

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, buna səbəb hava gəmisinin Sakit okean üzərində quş sürüsü ilə toqquşması olub.

Hadisə nəticəsində təyyarənin burun hissəsi, o cümlədən meteoroloji radar və sürətölçən sıradan çıxıb. Gəmi komandiri Tokioya qayıtmağa qərar verib. Təyyarədəki 324 sərnişin və heyət üzvləri arasında xəsarət alan yoxdur. 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

Oxşar yazılar