Təyyarənin pəncərəsi sındı, kişinin bədəni  çölə çıxdı - Arvadı ayaqlarından  yapışdı
10 iyul 2026 17:04 (UTC +04:00)

Təyyarənin pəncərəsi sındı, kişinin bədəni çölə çıxdı - Arvadı ayaqlarından yapışdı

0

Yunanıstandan Almaniyaya uçan Ryanair aviaşirkətinə məxsus təyyarədə qorxulu hadisə baş verib. Uçuş zamanı təyyarənin pəncərəsinin qırılması nəticəsində sərnişinlərdən birinin bədəni havada asılı qalıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə iyulun 10-da səhər saatlarında Salonikidən Memmingenə uçan Boeing 737-800 təyyarəsində baş verib.

Təyyarə təxminən 6 min metr hündürlükdə olarkən göyərtədə güclü partlayışa bənzər səs eşidilib. Bundan dərhal sonra pəncərə sınıb və təyyarədə təzyiq kəskin şəkildə düşüb. Sərnişinlərin qarşısına oksigen maskaları açılıb.

Hadisə zamanı pəncərə kənarında oturan 61 yaşlı kişinin başı və çiyinləri pəncərədən çölə doğru çıxıb. Onun həyatını həyat yoldaşı xilas edib. Qadın ərinin ayaqlarından möhkəm yapışaraq onu saxlayıb, daha sonra digər sərnişinlər də köməyə gəlib.

Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb. Məlumata görə, onun boyun nahiyəsində zədələr və sürtünmə xəsarətləri aşkarlanıb. Aviaşirkət digər sərnişinlər üçün ehtiyat təyyarə ayırıb.

Hadisənin səbəbi araşdırılır. İlkin ehtimallara görə, mühərrikdən qopan detal pəncərəyə dəyərək onun sınmasına səbəb ola bilər. Lakin bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar