Təyyarəyə gecikən kişi  onu partlatmaqla  hədələdi
15 iyun 2025 19:55 (UTC +04:00)

Təyyarəyə gecikən kişi onu partlatmaqla hədələdi

Əgər ən axmaq ağıllı hərəkətə görə Nobel mükafatı verilsəydi (bəzən belə mükafatlar da olur), 23 yaşlı Con Çarlz Robinson bu il əsas namizədlərdən biri olardı. Amma belə mükafat olmasa da, tarix "qəhrəmanını" unutmayacaq. O, təyyarəni saxlamaq üçün bomba hədəsi fikrini irəli sürdü.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Robinson iyunun 5-i səhəri saat 7:00-da Los-Ancelesə uçmalı idi, lakin reysə gecikib. İttiham sənədinə görə, onun ağlına "dahiyanə" bir fikir gəlib: yaxın reysi gözləmək əvəzinə, o düşünüb ki, minalanma xəbəri təyyarəni gecikdirə bilər.

Ümumilikdə plan pis səslənməyib, amma nəzərə almaq lazımdır ki, bu federal cinayətdir.

Saat 6:25-də Robinson Spirit Airlines şirkətinə zəng edərək bildirib ki, kimlərsə hava limanını, xüsusən də 2145 saylı reysi partlatmaq niyyətindədir. O, hətta bombanı qoyan şəxsi dumanlı şəkildə təsvir edib və bombanın tapılmayacağını iddia edib.

Sərnişinlər artıq yerlərini tutublar, təyyarənin qapıları bağlanıb, lakin hamını təxliyə etmək və təyyarəni uzaq dayanacağa çəkmək məcburiyyətində qalıblar. Sonra hər kəs əlavə yoxlamadan keçib, partlayıcı axtaran itlər işə cəlb olunub, Federal Təhlükəsizlik Xidmətinin agentləri təyyarəni axtarıb. Təbii ki, heç bir təhlükəli maddə tapılmayıb.

Zəngi Robinsonun etdiyi müəyyənləşib. Onu həmin gün axşam 18:28-də başqa bir reysə çatmağa çalışarkən tapıblar. Bəli, əslində elə əvvəldən yeni reys sifariş edə bilərdi, amma bir çox insanı qorxutmağı seçib.

İlkin dindirmədə hər şeyi inkar etsə də, telefon danışıqlarının qeydləri ortaya çıxandan sonra etiraf etmək məcburiyyətində qalıb. O, bomba hədəsinin ona reysə çatmaq üçün kifayət qədər vaxt verəcəyini ümid etdiyini bildirib. İndi isə bu ümidsiz sərnişini həbs cəzası gözləyir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316

Oxşar yazılar

"Changan"la "Mitsubishi" toqquşdu: ölən var

"Changan"la "Mitsubishi" toqquşdu: ölən var

31 iyul 2025 , 09:15
Şəkidə DƏHŞƏT:  ağacın gövdəsinə bağlanmış meyit tapıldı

Şəkidə DƏHŞƏT: ağacın gövdəsinə bağlanmış meyit tapıldı

31 iyul 2025 , 09:01
Kəlbəcərdə zəlzələ oldu

Kəlbəcərdə zəlzələ oldu

31 iyul 2025 , 07:07
Şəki dağlarında yanğın başladı - VİDEO

Şəki dağlarında yanğın başladı - VİDEO

31 iyul 2025 , 00:00
Bakıda avtomobil  skuter sürən azyaşlı qızı  vurub öldürdü

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü

30 iyul 2025 , 22:28
Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33