Tiktoker “Eliş 020” HƏBS OLUNDU
27 noyabr 2025 10:38 (UTC +04:00)

Tiktoker “Eliş 020” HƏBS OLUNDU

2

TikTok sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 33 yaşlı Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib. E.Nəbiyev saxlanılan zamanı ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barısində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, E.Nəbiyev bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 899

Oxşar yazılar