Tovuzda evdən kişi meyiti aşkarlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb.
Kənd sakini 27 yaşlı P.Qasımovun meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.