Tovuzda iki minik maşını toqquşdu:  yaralananlar var
31 yanvar 2026 01:10 (UTC +04:00)

Tovuzda iki minik maşını toqquşdu: yaralananlar var

0

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1995-ci il təvəllüdlü A. Dünyamalıyev və 2012-ci il təvəllüdlü Y. Həsənov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar