Mingəçevirdə gənc qız barmaqlarını itirib.
Lent.az xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən toxuculuq kombinatında qeydə alınıb.
Orada işləyən, 1995-ci il təvəllüdlü Nəzrin Heydərəlizadə toxucu dəzgahında iş görərkən sol əlinin 3 barmağı amputasiya olunub.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.