Türkiyənin Aydın vilayətinin Karacasu rayonunda psixoloji müalicə aldığı bildirilən 63 yaşlı Kamil Kulaksız polis rəisi olan oğluna məxsus tapança ilə həyatına son qoyub.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə axşam saatlarında Karacasu rayon mərkəzində baş verib.
Məlumata görə, Denizlidə yaşayan və bir müddətdir psixoloji müalicə alan Kamil Kulaksız təxminən bir ay əvvəl Karacasu Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışan oğlunun evinə köçərək onunla birlikdə yaşamağa başlayıb. İddiaya əsasən, o, evdə şkafın üzərindəki tapançayla özünü vurub.
Faktla bağlı araşdırma davam etdirilir.