Türkiyədə “Thodex” kriptovalyuta birjasının həbsdə olan qurucusu Faruk Fatih Özer intihar edib.
Lent.az-ın Türkiyə medaiasına istinadən verdiyi məlumata görə, hadisə Tekirdağ rayonunda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Məlumata əsasən, Özer bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindəki tək otağının hamamında asılmış vəziyyətdə tapılıb. Hadisə intihar kimi qiymətləndirilsə də, araşdırmalara başlanılıb.
Xatırladaq ki, “Thodex” adlı kriptovalyuta birjası vasitəsilə bir çox insanı aldatdığı iddia edilən Faruk Fatih Özer 30 avqust 2022-ci ildə qaçdığı Albaniyada tutularaq Türkiyəyə gətirilib. Onun barəsində “Cinayətkar birlik qurmaq, rəhbərlik etmək və üzv olmaq”, “xüsusi fırıldaqçılıq” və “çirkli pulları yumaq” ittihamları ilə hökm oxunub.
Fərqanə Novruzova