Ucarda ağır qəza , 2 nəfər öldü, 2 nəfər yaralandı - VİDEO
31 iyul 2026 01:14 (UTC +04:00)

Ucarda ağır qəza, 2 nəfər öldü, 2 nəfər yaralandı - VİDEO

0

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında dayanmış 2 piyadanı vurub.

İlkin məlumata görə, 1 piyada və 1 sərnişin hadisə yerində ölüb. Digər piyada və minik avtomobilində olan sərnişin ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar