Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Livədirqə kəndində qeydə alınıb.
Kənd sakini 59 yaşlı Vaqif Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, 3 metr hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.