Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Goradil” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib.