Notarius alim məhkəmə zalında həbs edildi:  külli miqdarda YEYİNTİ
30 iyul 2026 17:55 (UTC +04:00)

Notarius alim məhkəmə zalında həbs edildi: külli miqdarda YEYİNTİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan Sabunçu qəsəbəsi, 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə anket məlumatlarını dəqiqləşdirib.

Qısa müşavirədən sonra hakim Azər Tağıyev təqsirləndirilən şəxsin dəymiş ziyandan heç bir ödənişin edilməməsini əsas gətirərək, təqsirləndirilən S. Əliyevin barəsindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs olunması və ilkin baxış iclasının 6 avqust saat 17:00-a  təyin olunduğu elan edilib.

Xatırladaq ki, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından, barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib.

Ona bu əməlinə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Notarius Səbuhi Əliyev barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, dəymiş ziyan ödənilmədiyi halda onu 5 ildən 10 ilə qədər həbs gözləyir.

Səbuhi Əliyevin 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığı, hüquqşünas alim olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar