Xarici cinayətkarların əlaltıları Bakı və Abşeronda tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
30 iyul 2026 15:09 (UTC +04:00)

Xarici cinayətkarların əlaltıları Bakı və Abşeronda tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

0

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Abşeron və Qaradağ rayonlarında əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar