Qəsdən adam öldürməyə cəhd edən şəxsin cəzası azaldıldı
11 noyabr 2014 14:30 (UTC +04:00)

Qəsdən adam öldürməyə cəhd edən şəxsin cəzası azaldıldı

Bu gün Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Bərdə rayon sakini Natiq Tağıyevin məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmənin qərarı ilə Natiq Tağıyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ((xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) üzrə hökm ləğv edilib, onun barəsində yeni hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Natiq Tağıyev Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi qərara alınıb. 

Natiq Tağıyev ötən il, noyabrın 22-də M.Həsənov küçəsində Beyləqan rayon sakini Tural Kərimovu bıçaqlayıb. Vaxtında xəstəxanaya çatdırılan Tural Kərimovun həyatını xilas etmək mümkün olub. Natiq Tağıyev Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

 

Qeyd edəkn ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar