Bakının mərkəzində quldurluq edən şəxsə <span style="color:red;">10 İL HƏBS
21 oktyabr 2015 15:31 (UTC +04:00)

Bakının mərkəzində quldurluq edən şəxsə 10 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Camal Eynullayevin məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən C.Eynullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, hadisə 2014-cü ildə baş verib. Bakıda “Milli Park”ın ərazisində şəxsiyyəti məlum olmayan şəxs Bakı şəhər sakini Qabil Quliyevi bıçaqla hədələyərək 230 manatını alıb. Səbail rayonu 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Camal Eynullayev  tutulub.

C.Eynullayev 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar