
"Eskobar”ın dəstəsinin daha bir üzvü HƏBS EDİLDİ
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin daha bir üzvü saxlanılıb.
DİN-dən Lent.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı paytaxt sakini Taleh Mehdiyev saxlanılıb. Araşdırma zamanı onun ötən ay saxlanılan “Eskobar” ləqəbli narkotacin Məhəmməd Məmmədzadə ilə birlikdə Azərbaycana qanunsuz olaraq satmaq məqsədi ilə narkotik vasitələr gətirdiyi sübuta yetirilib.
Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprel ayında həyata keçirilən əməliyyat zamanı M.Məmmədzadə və narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəbəkə ifşa edilib. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

İş başında infarkt keçirən komandir öldü
6 avqust 2025 , 12:46
Kəlbəcərdə hərbi avtomobil minaya düşdü, 5 yaralı - YENİLƏNİB
6 avqust 2025 , 11:17
Mahir Abbasov 34 kq narkotiklə TUTULDU
6 avqust 2025 , 10:36
Rüşvət alan gömrükçülərin MƏHKƏMƏSİ BAŞLAYIR
6 avqust 2025 , 10:10
Mingəçevirdə küçədə meyit tapıldı
6 avqust 2025 , 10:05
Xocalıda yanğına səbəb olan 17 yaşlı şəxs saxlanıldı
6 avqust 2025 , 09:33
İki avtomobil toqquşdu - Biri yanaraq kül oldu
6 avqust 2025 , 08:00