Süni intellekt karbon qazını  yanacağa çevirdi
15 oktyabr 2026 03:28 (UTC +04:00)

Süni intellekt karbon qazını yanacağa çevirdi

0

 

Hindistan Elm İnstitutunun alimləri süni intellekt və kompüter modellərindən istifadə edərək karbon qazının faydalı yanacaq və kimyəvi məhsullara çevrilməsi prosesində 9389 kimyəvi reaksiya müəyyən ediblər.

Lent.az xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmada karbon qazının hidrogenlə reaksiyaya girərək metanol kimi məhsullara çevrilməsi prosesi öyrənilib.

Tədqiqat zamanı genişləndirilmiş reaksiya modeli karbon qazının çevrilməsini ilkin modellə müqayisədə təxminən 40 dəfə yüksək proqnozlaşdırıb. Hesablamalar həmçinin metanol və karbonmonoksidin əsas məhsullar arasında olduğunu daha düzgün müəyyən edib.

Alimlər hesab edirlər ki, bu yanaşma gələcəkdə karbon qazından faydalı məhsulların alınması üçün daha səmərəli katalizatorların hazırlanmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar