
Narkotacir həkim tutuldu
Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, idarəyə Bakı şəhər sakini Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsiredici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
A.Niftəliyev ifadəsində qeyd edib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb. Qeyd edək ki, saxlanılan şəxs ixtisasca diş həkimidir. A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, əsl peşəsinə uyğun olan “doktor” ləqəbindən istifadə edirmiş.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Oxşar yazılar

İstirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzasına düşdü, yaralılar var
7 avqust 2025 , 09:46
Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzanın səbəbi məlum oldu -YENİLƏNİB
7 avqust 2025 , 09:45
Gəncədə 13 yaşlı oğlanın meyiti tapıldı
6 avqust 2025 , 22:34
Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
6 avqust 2025 , 15:44
DİN-dən əməliyyat - Mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr tutuldu - VİDEO
6 avqust 2025 , 15:37
İş başında infarkt keçirən komandir öldü
6 avqust 2025 , 12:46
Kəlbəcərdə hərbi avtomobil minaya düşdü, 5 yaralı - YENİLƏNİB
6 avqust 2025 , 11:17