Maşın 3 nəfəri vurdu: iki ölü
15 avqust 2013 12:47 (UTC +04:00)

 Maşın 3 nəfəri vurdu: iki ölü

0

Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, İsmayıllı rayonunun İvanovka kəndində Hacı Hətəmli kənd sakini Habil Kərimov “VAZ 2107“ markalı avtomobili idarə edərkən yolu keçən İsmayıllı sakinləri - 21 yaşlı Murad Umudov, 33 yaşlı Nikolay Stapovka və Gəncə sakini, 31 yaşlı Vasif Həsənovu vurub.

 

Hər üç şəxs xəstəxanaya yerləşdirilsə də, M. Umudov və N. Stapovkanı xilas etmək mümkün olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1478

Oxşar yazılar