![[b]Arvadını boğub öldürən şəxsin məhkəməsi başladı[/b]](https://www.lent.az/storage/news/2019/may/08/big/5d8bd2784a6d0acfbe20333ccd22f8e8.jpg)
[b]Arvadını boğub öldürən şəxsin məhkəməsi başladı[/b]
Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.
Məhkəmənin baxış iclasının mayın 12-nə təyin edilib.
Qeyd edək ki, bu ilin yanvarında Sumqayıt şəhər Polis İdarəsinin yaxınlığında yerləşən Birləşmiş məhəlləsindəki mənzillərin birində yaşayan 1991-ci il təvəllüdlü Axundova Leyla Kamandar qızının yataqda meyiti tapılıb.
Bəlli olub ki, 28 yaşlı qadın həyat yoldaşı Axundov Şamil Əhmədağa oğlu tərəfindən qətlə yetirib. Qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanan cinayət işi yekunlaşıb.
Oxşar yazılar

Bakıda yanan tikilidə meyit aşkarlandı
11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü
11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı
10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü
10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu
10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB
10 may 2025 , 20:16