<b>Dəmir yolu vağzalında əməliyyat: keçmiş məhkum saxlanıldı</b>
06 mart 2019 11:00 (UTC +04:00)

Dəmir yolu vağzalında əməliyyat: keçmiş məhkum saxlanıldı

Ağstafada narkotik alverçisi saxlanılıb.

DİN Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 80 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq 224 qram marixuana da aşkar edərək götürüblər.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sutanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 385 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

9 avqust 2025 , 10:00
Tərtərdə AĞIR QƏZA:  3 nəfər öldü

Tərtərdə AĞIR QƏZA: 3 nəfər öldü

9 avqust 2025 , 09:45
Qəbələdə yanğın törədən saxlanıldı

Qəbələdə yanğın törədən saxlanıldı

9 avqust 2025 , 09:27
Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

9 avqust 2025 , 08:41
Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu,  yaralılar var

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu, yaralılar var

8 avqust 2025 , 20:52
Ağdaşda FACİƏ:  35 yaşlı kişini cərəyan vurub öldürdü

Ağdaşda FACİƏ: 35 yaşlı kişini cərəyan vurub öldürdü

8 avqust 2025 , 20:34
Bakıda dənizdə 1 nəfər batdı

Bakıda dənizdə 1 nəfər batdı

8 avqust 2025 , 19:54
Bakıda üzüm çardağında meyit tapıldı

Bakıda üzüm çardağında meyit tapıldı

8 avqust 2025 , 19:11