![[b]General Mehmandarovun qohumuna dələduzluq edən şəxs azadlığa buraxıldı[/b]](https://www.lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]General Mehmandarovun qohumuna dələduzluq edən şəxs azadlığa buraxıldı[/b]
Xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayələr Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onun cəzasını şərti hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.
Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilsə də, məhkəməyə gəlmədiyi üçün axtarış verilib və həbs olunub.
Zərərçəkən Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsidir.
Oxşar yazılar

Balıqçılar uçquna düşdü, biri öldü – “Həmin vaxt kənd silkələndi”-VİDEO
21 avqust 2025 , 03:26Şəmkirdə zəhərlənən 20 nəfərin vəziyyəti məlum oldu-YENİLƏNİB
21 avqust 2025 , 01:41
Tovuzda bir ailənin 5 üzvü dönərdən zəhərləndi: 3-ü azyaşlıdır
20 avqust 2025 , 23:28
Mingəçevirdə iki maşın toqquşdu
20 avqust 2025 , 22:00
Zərdab sakini həmyerlisini bıçaqladı
20 avqust 2025 , 21:29
Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23
Bakıda kişi evinin həyətində ölü tapıldı
20 avqust 2025 , 18:39