<b>İmişlidə ağır qəza</b>: 2 ölü, 3 yaralı - <span style="color:red;">YENİLƏNİB-2
13 oktyabr 2015 23:05 (UTC +04:00)

İmişlidə ağır qəza: 2 ölü, 3 yaralı - YENİLƏNİB-2

İmişlidə baş verən qəzada 2 nəfər  ölüb, 3 nəfər yaralanıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunu  Qaradonlu kəndi ərazisində baş verib. İmişli sakini, 1982-ci il təvəllüdlü Muradov Qeyrət İxtiyar oğlunun idarə etdiyi “Mercedes” markalı 10 NR 826 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, Aranlı kənd sakini 1997-ci il təvəllüdlü Hüseynov Həsən Rasim oğlunun idarə etdiyi “VAZ 21011” markalı 10 ES 442 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində, digər yaralı VAZ markalı avtomobilin sürücüsü Hüseynov Həsən Rasim oğlu cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib.  

 

Avtoqəzada yaralanan Qızılkənd sakini, 1956-cı il təvəllüdlü Cabbarova Göyçək Bayram qızı, Aranlı kənd sakini 1992-ci il təvəllüdlü Babaşov Elnur Mərdan oğlu və 1990-cı il təvəllüdlü İbayev Sahib Vəlixan oğlu travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

 
 
**** 19.22
 
 
 İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qaradonlu kəndi ərazisində qeydə alınıb. 

 

"Mercedes" markalı avtomobillə VAZ 21011 markalı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində ölüb. Dörd nəfər yaralı isə İmişli rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar