[b]İşgəncədə  təqsirləndirilən rəis müavini özünü günahkar bilmir[/b]
05 mart 2019 15:24 (UTC +04:00)

[b]İşgəncədə təqsirləndirilən rəis müavini özünü günahkar bilmir[/b]

İşgəncə etməkdə təqsirləndirilən Qaradağ Rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə proses davam edib.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror  ittiham aktını elan edib. Ə.Ağaliyev özünü təqsirli bilmədiyini deyib. 
 
 
Prosesdə məlum olub ki, zərərçəkmiş hazırda ölkə xaricindədir. 
 
 
Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib. 
 
 
Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.
 
Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
 
 
Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində polis-polkovniki vəzifəsində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

9 avqust 2025 , 10:00
Tərtərdə AĞIR QƏZA:  3 nəfər öldü

Tərtərdə AĞIR QƏZA: 3 nəfər öldü

9 avqust 2025 , 09:45
Qəbələdə yanğın törədən saxlanıldı

Qəbələdə yanğın törədən saxlanıldı

9 avqust 2025 , 09:27
Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

9 avqust 2025 , 08:41
Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu,  yaralılar var

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu, yaralılar var

8 avqust 2025 , 20:52
Ağdaşda FACİƏ:  35 yaşlı kişini cərəyan vurub öldürdü

Ağdaşda FACİƏ: 35 yaşlı kişini cərəyan vurub öldürdü

8 avqust 2025 , 20:34
Bakıda dənizdə 1 nəfər batdı

Bakıda dənizdə 1 nəfər batdı

8 avqust 2025 , 19:54
Bakıda üzüm çardağında meyit tapıldı

Bakıda üzüm çardağında meyit tapıldı

8 avqust 2025 , 19:11