
Meşədə narkotik becərən gənclər tutuldu
Meşədə narkotik becərən gənclər saxlanılıb
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri 24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

İş başında infarkt keçirən komandir öldü
6 avqust 2025 , 12:46
Kəlbəcərdə hərbi avtomobil minaya düşdü, 5 yaralı - YENİLƏNİB
6 avqust 2025 , 11:17
Mahir Abbasov 34 kq narkotiklə TUTULDU
6 avqust 2025 , 10:36
Rüşvət alan gömrükçülərin MƏHKƏMƏSİ BAŞLAYIR
6 avqust 2025 , 10:10
Mingəçevirdə küçədə meyit tapıldı
6 avqust 2025 , 10:05
Xocalıda yanğına səbəb olan 17 yaşlı şəxs saxlanıldı
6 avqust 2025 , 09:33
İki avtomobil toqquşdu - Biri yanaraq kül oldu
6 avqust 2025 , 08:00