"İnfiniti" "Mercedes"ə çırpıldı: 2 yaralı
14 oktyabr 2015 04:56 (UTC +04:00)

"İnfiniti" "Mercedes"ə çırpıldı: 2 yaralı

Gecə Qaradağda yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə,  hadisə "Meyvəli" bazarının yaxınlığında qeydə alınıb. "Mercedes" markalı avtomobil  bazarın yaxınlığında geriyə dönmə əməliyyatı edən zaman qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə öz yolu ilə hərəkətdə olan "İnfiniti" markalı avtomobil "Mercedes"ə çırpılıb.

 

Qəza zamanı "Mercedes" də olan iki nəfər Camal Rəhimov və Pərviz Babalı xəsarət alıb.

 

"Mercedes" də olan meyvə-tərəvəz məhsulları isə, yola dağılıb. Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Qəzanın baş vermə səbəbləri müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar