Gəncədə daha bir ağır yol qəzası baş verib. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Nizami prospekti ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarındakı səkiyə çıxıb. Nəticədə səki ilə hərəkət edən 20 yaşlı Bayramova Afaq İnqilab qızı avtomobil tərəfindən vurulub. Daha sonra nəqliyyat vasitəsi çılçıraq mağazasına çırpılıb. Xoşbəxtlikdən mağazada heç kim olmayıb. Qəza nəticəsində ağır xəsarət alan Afaq Bayramova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05