Yevlaxda kanala düşən uşağın meyiti tapıldı - YENİLƏNİB
15 avqust 2016 17:09 (UTC +04:00)

Yevlaxda kanala düşən uşağın meyiti tapıldı - YENİLƏNİB

Yevlax rayonu, Aran qəsəbəsində Yuxarı Qarabağ kanalına düşmüş azyaşlı tapılıb.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, azyaşlının cəsədi  vətəndaşlar tərəfindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

***

 

Bu gün Yevlax rayonunun Aran qəsəbəsində bədbəxt hadisə yaşanıb.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu, Aran qəsəbəsində bir azyaşlının Yuxarı Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub.

 Dərhal hadisə yerinə cəlb olunan dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar