Arvadını öldürən şəxsə hökm oxundu
06 noyabr 2013 14:27 (UTC +04:00)

Arvadını öldürən şəxsə hökm oxundu

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını azyaşlı oğlunun gözü qarşısında amansızlıqla qətlə yetirən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, E. Hüseynov həyat yoldaşı Tamillanın başını kəsib. Hadisə azyaşlı övladları Əlinin gözü qarşısında baş verib.

 

E. Hüseynov hadisədən sonra polis idarəsinə gələrək təslim olub və həyat yoldaşını əxlaqsızlıqla məşğul olduğu üçün öldürdüyünü bildirib.

 

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi üzrə ittiham edilib.
 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1131

Oxşar yazılar