Avropa çempionatında 2 qızıl, 1 gümüş medal
19 avqust 2013 10:23 (UTC +04:00)

Avropa çempionatında 2 qızıl, 1 gümüş medal

0

Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışı 2 qızıl, 1 gümüş medalla başa vurub.

 

Təmsilçilərimizdən 56 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov finalda irlandiyalı Kurt Uolker üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cavid Quliyev (64 kq) də vətənə Avropa çempionu kimi dönüb. Həmyerlimiz həlledici görüşdə Ukrayna təmsilçisi Yaroslav Samofalovu məğlub edib. Məsud Yusifzadə (52 kq) isə yalnız finalda irlandiyalı Reddi Kulliyə uduzaraq, gümüş medalla kifayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar