Azərbaycanlı və gürcülərdən ibarət cinayətkar dəstə apellyasiya şikayəti verdi
12 oktyabr 2015 16:32 (UTC +04:00)

Azərbaycanlı və gürcülərdən ibarət cinayətkar dəstə apellyasiya şikayəti verdi

Bakıda  oğurluqla məşğul olmaqda təqsirləndirilən Gürcüstan və Azərbaycan vətəndaşlarından ibarət dəstə üzləri barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Lent.az-ın məlumatına görə, onların şikayətinə oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

 Qeyd edək ki, ötən ilin mayın 28-də M.Seyidov küçəsində yaşayan Nəzakət Nəsibovanın mənzilindən, qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 28-ci polis bölməsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakinləri, 1963-cü il təvəllüdlü Fikrət Əliyev və 1985-ci il təvəllüdlü Əli Əliyev tutulub. İstintaq dövründə dəstənin digər üzvləri də həbs olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Əliyev 12 il, İdris Abdullayev 10 il, Gürcüstan vətəndaşı Giorgi Kurtanidze 11 il 6 ay, Əli Əliyev 9 il, Rəşad Əliyev 8 il müddətinə azadlıqdan məhrum  ediliblər. Onların cəzalarının azaldılması ilə bağlı apellyasiya şikayəti veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153

Oxşar yazılar