Azərbaycana piyada gələnlərin üzərindən narkotik tapıldı
16 oktyabr 2015 11:05 (UTC +04:00)

Azərbaycana piyada gələnlərin üzərindən narkotik tapıldı

Narkotik vasitələrin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Cavad Xəlilovun üzərində şəxsi yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada, ümumi xalis çəkisi 170,807 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

 

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Valeh Bayramovun şalvrının cibindən isə şəxsi yoxlama zamanı 8 ədəd həb şəklində, təsiredici maddəsinin xalis çəkisi 0,160 qram təşkil edən və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxil olan “Metadone-20” adlı dərman preparatı aşkar edilib.

 

Hər iki faktla bağlı təhqiqat aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176

Oxşar yazılar