Azərbaycanda 4 nəfər faciəvi şəkildə öldü
01 may 2014 12:59 (UTC +04:00)

Azərbaycanda 4 nəfər faciəvi şəkildə öldü

0

Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 13-də Yasamal rayon sakini Bəhruz Məmmədov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və aprelin 30-da orada ölüb.

 

Bundan başqa aprelin 30-da Tərtər rayon sakini Elmin Niftəliyev evində dəm qazından zəhərlənərək ölüb.

 

Daha iki nəfər isə elektrik cərəyanı vurmasından ölüb. Aprelin 30-da Göygöl rayon sakini Vəfa Məmmədovanı evində, Yevlax rayon sakini Yusif Bağırov qum karxanasında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4564

Oxşar yazılar