Azərbaycanda atanı qızı ilə hədələdilər
19 oktyabr 2015 14:46 (UTC +04:00)

Azərbaycanda atanı qızı ilə hədələdilər

Şəkidə şantajla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat almış həmyerlisi, əvvəllər məhkum olunmuş Elşən Hüseynov tutulub.

 

Araşdırmalar nəticəsində E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185

Oxşar yazılar