Azərbaycanda iki nəfər hündürlükdən yıxılıb öldü
06 noyabr 2013 14:29 (UTC +04:00)

Azərbaycanda iki nəfər hündürlükdən yıxılıb öldü

0

Noyabrın 2-də Saatlı rayonu ərazisində bədbəxt hadisə baş verib. Lent. az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Saatlı sakini Sədulla Məmmədov həyətindəki üzüm çardağından yıxılıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S. Məmmədova tibbi yardım göstərildikdən sonra evə aparılarkən yolda ölüb.

 

Noyabrın 5-də Ağsu rayonunda da oxşar hadisə qeydə alınıb. Rayon ərazisində çayxananın damında televizor antenasını düzəldən rayon sakini Əmiraslan Əhmədov oradan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1580

Oxşar yazılar