Oğul 43 yaşlı anasını niyə öldürdü? - "Başqa kişilərlə görüşürdü" <span style="color:red;">- TƏFƏRRÜAT
24 oktyabr 2014 10:54 (UTC +04:00)

Oğul 43 yaşlı anasını niyə öldürdü? - "Başqa kişilərlə görüşürdü" - TƏFƏRRÜAT

 


Xırdalanda oğulun anasını qətlə yetirməsi ilə bağlı bəzi detallar üzə çıxıb. APA TV-nin xəbərinə görə, hadisə Xırdalan qəsəbəsində, Mehdi Hüseynzadə küçəsindəki 12 mərtəbəli yeni tikilininin 11-ci mərtəbəsində baş verib. Cinayətin qurbanı 43 yaşlı Qurbanova Fatma Oruc qızı olub. Onu oğlu, Rusiya vətəndaşı, 22 yaşlı Nağızadə Hümbət Elşən oğlu boğaraq öldürüb. Hümbət Nağızadə hadisədən sonra polisə gedib və könüllü təslim olub.

 

Hümbət Nağızadə Sankt-Peterburqda yaşayır və Bakıya təxminən bir ay əvvəl qonaq kimi gəlib.

 

İlkin dindirmə zamanı saxlanılan şəxs bildirib ki, anasını başqa kişilərlə əlaqədə olmasından şübhələndiyinə görə öldürüb. Daha doğrusu, onda şübhəni Qafqaz Universitetində təhsil alan kişik qardaşı yaradıb. Kiçik qardaş böyük qardaşına deyib ki, anasından şübhələnir. Hümbət Nağızadə bununla bağlı anasından izahat tələb edib və 43 yaşlı Fatma Qurbanova qətiyyətlə bildirib ki, heç bir kişi ilə əlaqəsi olmayıb. Amma bu cavab Hümbəti qane etməyib və o, anasını boğub.

 

Qətlin baş verdiyi məhəllədə olarkən öyrəndik ki, ailənin başçısı Elşən Hümbətov iki il əvvəl dünyasını dəyişib. Qonşular birmənalı şəkildə bildirirlər ki, Fatma Qurbanova əxlaqsız qadına oxşamırdı və barəsində pis nəsə eşitməyiblər.

 

Fatma Qurbanova üç övlad anası idi. Onun övladlarından biri qızdır.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

 

 

*****

 

 

18:54

 

 

Abşeron rayonunda qətl törədilib.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü, Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü, Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb.

 

Hadisəni törədən H. Nağızadə saxlanılıb.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9483

Oxşar yazılar