![[b]Azərbaycanda yaxalanan PKK-çını Türkiyəyə göndərirlər[/b]](https://www.lent.az/storage/news/2019/march/07/big/3c04d4d39b2ae4edce000e4e3bdd6938.jpg)
[b]Azərbaycanda yaxalanan PKK-çını Türkiyəyə göndərirlər[/b]
Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı, 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqdimat təmin edilib. D. Özügürün ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar elan edilib.
Qeyd edək ki, Duman Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilib. Axtarışda olan Duman Özgür Türkiyədən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib. Bundan sonra Türkiyə Duman Özgürü beynəlxalq axtarışa verib. Azərbaycana gələn Duman Özgür Dövlət Miqrassiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və o, həbs edilib. Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.
Oxşar yazılar

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi
9 avqust 2025 , 10:00
Tərtərdə AĞIR QƏZA: 3 nəfər öldü
9 avqust 2025 , 09:45
Qəbələdə yanğın törədən saxlanıldı
9 avqust 2025 , 09:27
Gəncədə gənc oğlan bıçaqlandı
9 avqust 2025 , 08:41
Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu, yaralılar var
8 avqust 2025 , 20:52
Ağdaşda FACİƏ: 35 yaşlı kişini cərəyan vurub öldürdü
8 avqust 2025 , 20:34
Bakıda dənizdə 1 nəfər batdı
8 avqust 2025 , 19:54