Bakı-Sumqayıt elektrik qatarının pəncərə şüşəsini daşla sındırmış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Yeni Sumqayıt stansiyasının ərazisində Bakı-Sumqayıt elektrik qatarının pəncərə şüşəsini sındırmış Sumqayıt şəhər sakinləri Laçın Vəlizadə və Əmiraslan Məlikov saxlanılıblar.
Araşdırma aparılır.