Bakı-Sumqayıt yolunda qəza olub
15 oktyabr 2015 19:14 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda qəza olub

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Sumqayıt magistral avtomobil yolunun Abşeron rayonu ərazisində “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar