Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, Kazımağa Kərimov, 17 ünvanında 35 yaşlı Səlimxan Eyvazov bıçaqlanıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər yaralının bel nahiyyesində bir bıçaq xəsarəti aşkarlayıblar.
Səlimxan Eyvazov tanışı tərəfindən bıçaqlandığını bildirib.
Hadisə barədə polisə məlumat verilib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Faktla əlaqədar cinayət işi başlanılıb.