Daxili İşlər Nazirliyi dəm qazından ölüm faktları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Pərvanə Xəlilova, Maştağa qəsəbəsində yaşayan Xamoş Əliyeva evlərində, Mingəçevir şəhər sakini Yeganə Quliyeva paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüblər.
Araşdırmalar aparılır.