Bakıda yük avtomobili ilə vurulmuş piyada xəstəxanada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 6-sı saat 19:00 radələrində Binəqədi rayonu Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Çapay Tağıyev idarə etdiyi «KamAZ» markalı yük avtomobili ilə Arif Cavanşirovu vurub. A. Cavanşirov xəsarətlə KTM-ə daxil olub və noyabrın 19-da xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.