Bakıda ağac “qətliamı”: <span style="color:red;">kəsib üstünü torpaqladılar <span style="color:red;"> - FOTO - YENİLƏNİB
27 iyul 2018 17:35 (UTC +04:00)

Bakıda ağac “qətliamı”: kəsib üstünü torpaqladılar - FOTO - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəsimi rayonunda ağacların kəsilməsi hadisəsinə münasibət bildirib. Nazirlikdən Lent.az-a bildirildi ki, “Qaynar xətt”ə  Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb: “ Əraziyə keçirilən baxış zamanı köküstə yaş  müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanuna müvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub. Sözügedən əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş”  verilib.

 

 

*****

 

15:35

 

Bakı şəhərində "ağac qətliamı" davam edir. Növbəti ağac kəsimi hadisəsi Nəsimi rayonu 5-ci mikrorayon 20 yanvar küçəsi 22-də qeydə alınıb. Bu barədə Lent.az-a adıçəkilən ünvanda yaşayan sakinlər məlumat verib. Bildirilib ki, iyulun 26-sı günorta saatlarında hər kəsin işdə olmasından istifadə edən bir sıra şəxslər yeni tikilən obyektin qarşısındakı ağacları kəsib.

 

İddialara görə, ağaclar obyektin qarşısını kəsdiyi üçün onlar yox edilib:“Həmin şəxslər kəsdikləri ağacların köklərini çıxarmağa çalışıblar. Məqsədləri isə məlumdur - burada ağacların olmadığını sübut etmək. Lakin məqsədlərinə çata bilmədikləri üçün ağacların üzərinə torpaq tökərək izi itirmək istəyiblər.Ağac kəsiminə onlara kim icazə verir? Həmin ərazidə 4 ədəd qurumuş şam ağacları var. Dəfələrlə müraciət etsək də o quru ağacları Yaşıllaşdırma idarəsi kəsməyib. Görünür, bu qurum ancaq kökü üstə yaş ağacları kəsmək ilə məşğuldur. Bu ərazidə bu hal ilk dəfə baş vermir”.

 

Şikayətçilər məsələ ilə bağı Ekologiya nazirliyinin "Qaynar xətt"inə müraciət olunduğunu bildiriblər.

 

Şikayət məktubunda o da qeyd olunur ki, ərazidəki ağaclar vaxtilə birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb  öldü

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü

2 avqust 2025 , 17:14